|
• Dünyadaİdlibdə Suriya Ordusu ilə qruplaşmalar arasında qarşıdurma yaranıbSuriyanın şimalında ordu qüvvələri radikal qruplaşmaların diversant qüvvələrini məhv edib. Ahlibeyt.az-ın məlumatına görə, SalamNews əl-Məyadinə istinadən xəbər verir ki, bu barədə Suriya Ordusu mənbələri məlumat veriblər. Bildirilib ki, ötən gecə İdlibin Sərmin və Suraqib rayonları ərazisində radikal terror qruplaşmalarının diversant qüvvələrinin aktivliyi müşahidə edildikdən sonra ordu artileriya və raketlərdən qarşı tərəfi hədəfə alıb. Məlumata görə bir neçə saat çəkən qarşıdurmada radikal qruplaşmaların azı beş üzvü məhv edilib və terrorçular 20-dən çox itki veriblər. Qeyd edək ki, Türkiyənin Suriyanın şimalında PKK, YPG və PYD-ə qarşı hərbi əməliyyat planlaması fonunda İdlibdə də vəziyyət gərginləşib. İdlibdə atəşkəs 2019-cu ildə Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 İyun, 2022 11:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |