16 İyun, 2022
İdlibdə Suriya Ordusu ilə qruplaşmalar arasında qarşıdurma yaranıb

Suriyanın şimalında ordu qüvvələri radikal qruplaşmaların diversant qüvvələrini məhv edib.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews əl-Məyadinə istinadən xəbər verir ki, bu barədə Suriya Ordusu mənbələri məlumat veriblər.

Bildirilib ki, ötən gecə İdlibin Sərmin və Suraqib rayonları ərazisində radikal terror qruplaşmalarının diversant qüvvələrinin aktivliyi müşahidə edildikdən sonra ordu artileriya və raketlərdən qarşı tərəfi hədəfə alıb.

Məlumata görə bir neçə saat çəkən qarşıdurmada radikal qruplaşmaların azı beş üzvü məhv edilib və terrorçular 20-dən çox itki veriblər.

Qeyd edək ki, Türkiyənin Suriyanın şimalında PKK, YPG və PYD-ə qarşı hərbi əməliyyat planlaması fonunda İdlibdə də vəziyyət gərginləşib. İdlibdə atəşkəs 2019-cu ildə Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə edilib.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11416.html