|
• DünyadaÖlkəmiz İstanbulda keçirilən Beynəlxalq Dərgilər Sərgi-Yarmarkasında təmsil olunurİstanbulda Beynəlxalq Dərgilər Sərgi-Yarmarkası açılıb. Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Dərgilər Birliyinin ən mötəbər tədbirlərindən olan yarmarka ölkənin Mədəniyyət və Turizm Nazirliyinin Türk Əməkdaşlığı və Koordinasiyası İdarəsinin dəstəyi ilə baş tutub. Tədbirdə ölkəmizi Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi, görkəmli alim, şair professor Elçin İsgəndərzadə və Azərbaycan Yazıçılar Birliyinin “Ulduz” jurnalının redaksiya heyətinin üzvü Rəsmiyə Sabir təmsil edir. Təqdimatını həmyerlimiz, telejurnalist Səidə Ömərin etdiyi sərginin rəsmi açılış mərasimində Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, Türkiyə Dərgilər Birliyinin (TÜRDEB) sədri Fatih Bayhan və digər tanınmış şəxslər iştirak ediblər. Dünyanın müxtəlif bölgələrində nəşr olunan jurnalların 450-dək təmsilçisinin iştirak etdiyi tədbirin əsas məqsədi xalqlar arasında mədəni əlaqələri gücləndirməkdir. İyunun 12-dək davam edəcək sərgi çərçivəsində media, mədəniyyət, sənət aləmi ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 İyun, 2022 09:01 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |