إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Kanadada ilk: bu addım islamofobiyanın qarşısını alacaqmı?

Cəmiyyətdə hər hansısa dözüzmsüzlük işartıları ilə barışmayacağını bəyan edən Kanada hökuməti yeni dövlət məmuru vəzifəsi yaradıb – islamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndə.

İSLAM.AZ xəbər verir ki, hazırda namizədlərin seçimi gedir. Sözügedən addım isə ötən il iyunun 6-da baş verən faciənin ildönümünə təsadüf edir: O zaman 20 yaşlı millətçi mikroavtobusu bilərəkdən 5 nəfərdən ibarət müsəlman ailəsinin üzərinə sürmüşdü. Nəticədə 4 nəfər həlak olmuş, yalnız 9 yaşlı uşaq sağ qalmışdı.

Yeni vəzifə müsəlman Əhməd Hüseynin rəhbərlik etdiyi Yaşayış tikintisi, müxtəliflik və ölkənin inklüzivliyi nazirliyi nəzdində yaradılıb.

Nazir bəyan edib ki, islamofobiya Kanada cəmiyyətinin gerçəkliyidir və onun təzahüründən çox sayda ölkə vətəndaşı əziyyət çəkir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 İyun, 2022  12:46 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!