إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rusiya patriarxı müsəlmanlara təşəkkür etdi

Bütün Rusiya və Moskva patriarxı Kiril İslam dininin davamçılarına təşəkkür edib ki, Rusiya mətbuatında anti-kilsə təbliğatı baş qaldırarkən, müsəlmanlar onu dəstəklədi. Bu barədə “İnterfaks” məlumat verib.

Rusiyanın birinci kanalında gedən “Slovo pastıra” (“Ruhaninin sözü”) adlı müəllif verilişində patriarx bildirib ki, müsəlmanlardan böyük dəstək alıb. Onun sözlərinə görə, məhz buna səbəbdən Rusiyada dinlərarası münasibətlərdə formalaşmış müsbət ab-havanı qorumaq olduqca mühümdür. Dinindən fərqli olmayaraq inanclı şəxslər bütün sahələrdə vahid platformadan çıxış edə bilərlər.

Müsəlmanlarla pravoslavların fərqli etiqad və ehkama malik olmaları ilə yanaşı, ortaq cəhətləri də bölüşdüyünü vurğulayan patriarx Kiril əlavə edib ki, müasir dövrdə oxşarlıqlar daha çox qabarır, nəinki fərqlər. Bununla belə, digər xristian məzhəblərinin “xəstələndiyini” deyən Kiril onlarla dialoqun mümkünsüz olduğunu bildirib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 May, 2012  19:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!