إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Həbs olunan ilahiyyatçıya vəkil tutulmayacaq

Mayın 19-da polisə müqavimət göstərdiyinə görə inzibati qaydada 10 sutka həbs cəzası alan ilahiyyatçı, fəlsəfə doktoru Füzuli Şəfiyev Sumqayıt Polis İdarəsinin təcridxanasında saxlanır. İlahiyyatçının qardaşı Kamran Şəfiyev “Media forum” saytına açıqlamasında mayın 20-də ona yemək və paltar aparıldığını deyib.

Kamran Şəfiyev qardaşının hüquqlarının müdafiəsi üçün vəkil tutmadıqlarını deyib: “İdarənin rəis müavini 10 sutka başa çatandan sonra Füzulinin azadlığa buraxılacağını deyib. Ona görə də müdafiəçi tutmağa ehtiyac görmürük. Ona heç bir təzyiq olunmadığı deyilir”.

Kamran Şəfiyev qardaşının mayın 19-da mənzil istismar sahəsinə çağırıldığını və orada həbs olunduğunu deyib.

“Birlik.az” saytının redaktoru Vüsal Hətəmov Füzuli Şəfiyevin özünə istinadla “Yeni Musavat” qəzetinə xəbər verib ki, ilahiyyatçının Sumqayıtdakı 12-ci mikrorayonda yerləşən evində axtarış aparılıb: “Ona məxsus kompüteri polis götürüb. Füzuli Şəfiyev dedi ki, həbsinə mayın 18-də “Birlik.az” saytında yerləşdirilən “İbn Sina “geyləri döyün” deyir” adlı məqaləsi səbəb olub”.

Vüsal Hətəmov deyib ki, Füzuli Şəfiyev İbn Sina və Nəsrəddin Tusi irsinin araşdırıcısıdır. Saytda dərc olunan məqalə İbn Sinanın “Tibb elminin qanunları” kitabından qeyri-ənənəvi cinsi oriyentasiyalı şəxslərlə bağlı bölməsinin tərcüməsindən və müəllifin özünün bəzi qeydlərindən ibarətdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
21 May, 2012  18:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!