إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Taliban”: Bütün narkotik ticarəti yollarını kəsəcəyik Mənbə: https://eastnews.org/news/60331

"Taliban" sözçüsü qrupun Əfqanıstandan bütün narkotik ticarəti yollarını kəsmək istədiyini söyləyərək, bir çox ölkələrin qrupa kömək edə biləcəyini söyləyib.

Ahlibeyt.az-ın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, müvəqqəti "Taliban" hökumətinin mədəniyyət və məlumat nazirinin müavini və qrupun sözçüsü Zabihullah Mücahid, qrupun Əfqanıstandan digər ölkələrə narkotik ticarəti yollarını kəsmək istədiyini və Rusiyadan kömək istədiyini bildirib:

"Əfqanıstandan başqa ölkələrə narkotik ticarəti dayandırmaq istəyirik. Bütün marşrutları bağlayacağıq. Narkotik yetişdirilməsi Əfqanıstanda da ciddi bir problemdir və fermerlərə alternativ (əkin üçün) vermək çox vacibdir. Bu baxımdan Rusiya da daxil olmaqla bir çox ölkələr narkotik ticarəti yollarının kəsilməsinə kömək edə bilər".

Müxtəlif hesablamalara görə, ABŞ qoşunlarının Əfqanıstana daxil olduğu 2001-ci ildən bu yana qanunsuz tiryək istehsalının həcmi 17-40 dəfə artıb. Amerika Birləşmiş Ştatları o vaxtdan bəri Əfqanıstanda narkotik istehsalı ilə mübarizə üçün 8,6 milyard dollar ayırıb, lakin dünyanın ən böyük tiryək istehsalçısı olaraq qalır.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Sentyabr, 2021  15:40 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!