إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə Prezidenti: Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib və öz torpaqlarını azad edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edib.

Ahlibeyt.az xəbər verir ki, Prezident Ərdoğan öz çıxışında regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlərə toxunub.

Çıxışı zamanı Azərbaycana qardaş ölkənin dövlət başçısı Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi barədə söhbət açaraq bildirib ki, Azərbaycan öz qanuni müdafiə hüququndan istifadə edərək və BMT Təhlükəsizlik Şurasının icra edilməmiş qətnamələrini həyata keçirərək öz torpaqlarının işğalına son qoyub.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Bu hadisələr regionda uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar yaradır. Türkiyə tərəflərin atacağı hər bir müsbət addımı dəstəkləmək niyyətindədir”.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Sentyabr, 2021  12:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!