|
|
Bakıda Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilmiş sərgisi açılacaqMədəniyyət Nazirliyi, “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı sentyabrın 27-də “Misilsiz cəsarət” adlı rəsm sərgisi açılacaq. Ahlibeyt.az-ın xəbərinə görə, Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi əsərləri yer alacaq. Sərgidə iştirak etmək istəyən rəssamlar 20 sentyabr tarixinədək mövzuya uyğun rəsmlərinin keyfiyyətli fotosunu, əsərin adını, ölçüsünü və texnikasını, öz ad, soyadı və əlaqə nömrələri ilə birgə resmqalereya@gmail.com ünvanına göndərə bilərlər. Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçiriləcək. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Sentyabr, 2021 12:01 ⁄ Çap
Bu bölmədə18 Oktyabr, 2026 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir27 Sentyabr, 2026 27 Sentyabr - Azərbaycanda Anım Günü qeyd olunur20 Yanvar, 2026 Xalqımız 20 Yanvar şəhidlərini yad edir |
Xəbər lenti
30 Avqust, 2026 10:00
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |