16 Sentyabr, 2021
Bakıda Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilmiş sərgisi açılacaq

Mədəniyyət Nazirliyi, “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı sentyabrın 27-də “Misilsiz cəsarət” adlı rəsm sərgisi açılacaq.

Ahlibeyt.az-ın xəbərinə görə, Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi əsərləri yer alacaq.

Sərgidə iştirak etmək istəyən rəssamlar 20 sentyabr tarixinədək mövzuya uyğun rəsmlərinin keyfiyyətli fotosunu, əsərin adını, ölçüsünü və texnikasını, öz ad, soyadı və əlaqə nömrələri ilə birgə resmqalereya@gmail.com ünvanına göndərə bilərlər.

Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçiriləcək.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11333.html