إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Məhəmməd Səid əl-Həkim İmam Əlinin məqbərəsində dəfn edilib (VİDEO)

Mərhum Ayətullah Məhəmməd Səid əl-Həkim Nəcəf-Əşrəf şəhərində İmam Əlinin məqbərəsi kompleksində dəfn edilib.

Ahlibeyt.az İraq mətbuatına istinadla xəbər verir ki, təqlid mərcəsi mərhum müctəhid Ayətullah Səid əl-Həkimin nəşi şənbə günü Kərbəlaya aparılıb və orada dəfn mərasimi keçirilib. Ötən gün isə müctəhidin nəşi Nəcəf-Əşrəf şəhərinə gətirlib və orada İmam Əlinin məqbərəsi kompleksində dəfn edilib.

Mərhum müctəhid kompleksin ərazisində yerləşən əl-Hindi məscidində Həkim sülaləsinin alimlərinin yanında dəfn edilib.

Qeyd edək ki, Ayətullah əl-Həkim ötən həftənin cümə günü 87 yaşında ürək tutmasından vəfat etmişdi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Sentyabr, 2021  18:30 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!