
Mərhum Ayətullah Məhəmməd Səid əl-Həkim Nəcəf-Əşrəf şəhərində İmam Əlinin məqbərəsi kompleksində dəfn edilib.
Ahlibeyt.az İraq mətbuatına istinadla xəbər verir ki, təqlid mərcəsi mərhum müctəhid Ayətullah Səid əl-Həkimin nəşi şənbə günü Kərbəlaya aparılıb və orada dəfn mərasimi keçirilib. Ötən gün isə müctəhidin nəşi Nəcəf-Əşrəf şəhərinə gətirlib və orada İmam Əlinin məqbərəsi kompleksində dəfn edilib.
Mərhum müctəhid kompleksin ərazisində yerləşən əl-Hindi məscidində Həkim sülaləsinin alimlərinin yanında dəfn edilib.
Qeyd edək ki, Ayətullah əl-Həkim ötən həftənin cümə günü 87 yaşında ürək tutmasından vəfat etmişdi.