|
• DünyadaBMT Baş katibi ekoloji durumla bağlı xəbərdarlıq edib“Bəşəriyyət təbiətlə mənasız və özünü məhv edəcək müharibə aparır”. Ahlibeyt.az-ın məlumatına görə, bunu BMT Baş katibi Antonio Quterreş “Twitter” səhifəsində yazıb. BMT Baş katibi bildirib ki, ölkələr üzərlərinə öhdəlik götürməli və təbiəti məhv etməyi dayandırmalıdırlar: “Biz problemləri bilirik və onların həlli üçün vasitələrə malikik. Bizə indi bütün ölkələrin etibarlı öhdəlikləri və həvəsləri lazımdır”. Qeyd edək ki, iqlimin sürətlə dəyişməsi dünyanı qlobal iqtisadi, humanitar və ərzaq böhranı təhlükəsi ilə üz-üzə qoyur. Alimlərin hesablamalarına əsasən, temperaturun 1,5 dərəcədən çox artması ətraf mühitə əvəzolunmaz zərbə vura bilər. İqlimin dəyişməsinin əsas səbəblərindən biri isə atmosferə atılan karbon qazıdır. Keçən ilin aprelində də A. Quterreş planeti xilas etmək üçün əsas vəzifələri açıqlamışdı. BMT Baş katibi bildirmişdi ki, bunun üçün 2030-cu ilədək istixana effekti yaradan qazların atmosferə atılmasını 45 faiz azaltmaq, 2050-ci ildə karbon neytrallığına nail olmaq lazımdır. 2100-cü ilədək isə dünyada temperatur yüksəlişini 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq gərəkdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Sentyabr, 2021 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |