إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli: “Aşura xütbəsi” (Audio-Video)

Paytaxtın "Məşədi Dadaş"məscidində avqust ayının 10-dan etibarən Məhərrəm ayının ilk 10 günlüyü mərasimləri başlanılıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, COVİD-19 virusunun yayılması fonunda ölkəmizdə karantin rejimi tətbiq olunur. Bununla əlaqədar olaraq bu il Məhərrəm mərasimləri bütün məscidlərdə olduğu kimi, Məşədi Dadaş məscidində də müəyyən məhdudiyyətlərlə keçirilir.

Məhərrəm ayı xütbələri ilahiyyatçı alim,"Məşədi Dadaş" məscidinin imam camaatı Hacı Şahin Həsənli tərəfindən oxunacaq.Mərasimdə Hacı Şahin Həsənlinin çıxışı ilə yanaşı Quran tilavəti və növhələr oxunacaq.

Həzrət Seyyidüşşühəda İmam Hüseynin (əleyhissalam) əza məclisləri avqust ayının 10-dan – 19-na kimi hər axşam saat 21:00-da keçiriləcək və Hacı Şahin Həsənlinin rəsmi Youtube kanalı, Facebook İnstagram səhifələrində canlı olaraq yayımlanacaq.

Bu ayın fəzilət və əhəmiyyəti nəzərə alınaraq xütbələrin audio-video yazısı hər gün  saytımızda yerləşdirilməsi nəzərdə tutulmuşdur.

Bütün növ planşet,smartfon və mobil telefonlar üçün nəzərdə tutulmuş "Məhərrəm Xütbəsi"nin tam audiolinkini təqdim edirik:

AUDİO  - AŞURA

Audiolink yükləndiyi gündən etibarən yalnız 15 gün müddətinə aktiv olacaq

VİDEO

 

Xatırladaq ki,linkin,yüklənərək dinlənilməsi facebook və digər sosial şəbəkələrdə paylanması icazəlidir.Lakin disklərə köçürülərək artırılması, yotube və digər oxşar şəbəkələrə yüklənməsinə icaze verilmir.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Avqust, 2021  12:56 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!