|
• Dünyada“Taliban” rəsmisi: “Əfqanıstan narkotik istehsalını dayandıracaq”Taliban hərəkatının sözçüsü Zəbihulla Mücahid ilk dəfə olaraq ötən gün Kabildə mətbuat konfransı keçirib. Ahlibeyt.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabiullah Mücahid mətbuat konfransında bildirib ki, Əfqanıstanda narkotrafika son qoyulacaq və narkotikin heç bir növünü istehsal edilməyəcək: "Artıq heç kim narkotik qaçaqmalçılığının təşkilində iştirak edə bilməyəcək. Bundan sonra Əfqanıstan narkotikdən azad bir dövlət olacaq: “Taliban” nümayəndəsi deyib ki, bu məqsədə çatmaq üçün ölkə sakinlərinə başqa məhsul yetişdirmək imkanı qazandırmaq üçün beynəlxalq yardıma ehtiyac duyulacaq. Salamnews-un Əl-Cəzirə telekanalına istinadla məlumatına görə, hərəkatın sözçüsü Zəbihulla Mücahid mətbuat konfransında bildirib ki, Taliban dünya arenasında heç kimlə düşmən münasibət yaratmaq istəmir. O, əmin edib ki, Taliban Əfqanıstanın münaqişə meydanı olaraq qalmasına icazə verməyəcək. Mücahid 20 illik mübarizədən sonra əcnəbiləri qovduqlarını və ölkəni azad etdiklərini bildirib, bu münasibətlə ölkə əhalisini təbrik edib. O qeyd edib ki, "Taliban” hərəkatı ona qarşı mübarizə aparanlardan qisas almır və hamını bağışlayır. Mücahidin sözlərinə görə, ölkədəki bütün səfirliklər və QHT-lərin təhlükəsizliyi tamamilə təmin olunub. Taliban heç kimin ölkə ərazisini digər dövlətlərə qarşı hücumlar üçün baza olaraq istifadə etməsinə icazə verməyəcəyini də söz verib. Hərəkat nümayəndəsi hakimiyyətin ölkədə qadın hüquqlarını qoruyacağını, xanımların şəriətə uyğun olaraq aktiv həyat tərzi sürməsinə icazə veriləcəyini bəyan edib. O, həmçinin qadınların yalnız gözlərin göründüyü niqab deyil, üzü açıq saxalayan hicab, həmçinin bədəni tamamilə gizlədən əlbisə geyinməli olduqlarını söyləyib. Bununla yanaşı, Taliban sözçüsü, yeni hökumətin ölkənin iqtisadi dirçəlişinə diqqət yetirəcəyini bildirib. Mücahidin sözlərinə görə, Taliban tərəfindən qurulan Əfqanıstan hökuməti, ölkənin əvvəlki hakimiyyət orqanlarından daha yaxşı fəaliyyət göstərə biləcək. O, Talibanın yeni bir hökumət qurmaq üçün fəal şəkildə çalışdığını, hökumətdə bütün qüvvələrin təmsil olunacağını vurğulayıb. Mücahid əlavə edib ki, hökumət bir neçə gün ərzində işə başlayacaq.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Avqust, 2021 10:23 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |