إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

AİP sədr əvəzi: “Mən o adam deyiləm ki, xaricdə şücaət tapıb ağzıma gələni danışım”

   
Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı Elçin Manafov “Media forum” saytına açıqlamasında mayın 12-13-də İranın Ərdəbil şəhərində keçirilən “İslamın beynəlxalq missiyası” konfransına qatıldığını deyib.

İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı media quruluşu olan “Tabnak” saytı Elçin Manafovun açıqlamasını verib. Saytın təqdim etdiyi açıqlamada xeyli kəskin ifadələr yer alır.

“Media forum” saytına danışan Elçin Manafov İranda səfərdə olarkən verdiyi müsahibələrdə heç bir yerdə təhqiramiz, yaxud hədsiz kəskin fikirlər səsləndirmədiyini deyib. Sədr əvəzi vurğulayıb ki, istər ölkə daxilində, istərsə də ölkə xaricində olarkən hansı səviyyədə danışmaq, etiraz etmək mümkündürsə, ona da əməl edir: “Mənim dediklərimi jurnalistlər çox dəyişiblər. Mən həmin problemlərdən danışmışam. Amma bu formada yox”.

Hacı Elçin Manafov jurnalistlərə bildirib ki, o elə adam deyil ki, xaricdə şücaət tapıb ağzıma gələni danışsın: “Mən ölkə daxilində nədən və necə danışıramsa, xaricdə də o formada problemləri qaldırıram”.

İranda olarkən jurnalistlərin suallarına cavab olaraq Elçin Manafov Azərbaycanda gey-paradın keçirilməsinə razı olmayacaqları haqqında danışdığını deyib: “Bəli, bildirmişəm ki, son damla qanımıza qədər bu parada qarşı çıxacağıq. Amma prezidentin, hakimiyyətin ünvanına heç bir kəskin ifadə işlətməmişəm. Müsahibələr zamanı ölkədə keçiriləcək tədbirlərə öz münasibətimizi bildirmişəm. Hətta onu da qeyd etmişəm ki, ölkə başçısının belə bir paradın keçiriləməsinə razılıq verəcəyinə inanmıram. Dediyim sözə cavabdehəm, amma saytda qeyd olunan kəskinliyi ilə danışmamışam, onlar mənim fikirlərimi öz istədikləri formaya salıblar”.

“Bizim özümüzə nümunə seçdiyimiz şəxs İmam Xamneyidir” fikrinə gəlincə, Elçin Manafov tamam başqa məsələdən danışarkən bu fikri səsləndirdiyini söyləyib: “İran və Azərbaycan müsəlmanlarının bağlılığı haqqında sual verilmişdi və mən Xamneyi ağanın dini lider olduğunu bildirdim. Hətta onu da vurğuladım ki, biz Xamneyi ağanı hər hansı iranlı kimi deyil, ümumdünya dini lideri kimi qəbul edirik”.

Elçin Manafov qeyd edib ki, “Avroviziya 2012” mahnı müsabiqəsi zamanı ölkədə gey-parad keçirilməsinə qarşı çıxacaqlarını və mübarizəni sivil formada həyata keçirəcəkərini əvvəllər də deyib: “Amma hər hansı üsyankar çağırışlar etmək bizlik deyil. Ümumiyyətlə, nə islama ziddirsə, islama müxalifdirsə, mən də onlara qarşıyam. Azərbaycanda qanun var, qanuna söykənib sivil formada mən islama zidd olanlara öz etirazımı bildirəcəm”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 May, 2012  21:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!