إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rəqəmsal dövrdə fətva müəssisələrinin beynəlxalq konfransı

Misrin Darul-İfta təşkilatının evsahibliyi ilə keçirilən "Rəqəmsal dövrdə fiqhi fətva müəssisələrinin VI beynəlxalq konfransı"nda 85 ölkə iştirak edəcək.

Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, bu barədə Misrin baş müftisinin müşaviri İbrahim Nəcm açıqlama verib.

Rəqmsal texnologiya dörvünün fiqhi fətvalara təsiri və dünyada dini qrumların rəqmsal texnologiyalardan geniş istifadəsini araşdırmaq həfədi ilə təşkil edilən bu konfrans 2021-ci ilin Avqust ayının 2 və 3-də keçiriləcək.

Konfransda İslam dünyasının müftiləri, ruhaniləri və digər nüfuzlu şəxsiyyətləri iştirak edəcəklər.

Konfransda iştirak etmək üçün Azərbaycan, Livan, Fələstin, Səudiyyə, İordaniya, Əlcəzayir, Sudan, BƏƏ, İraq, İran, Nigeriya, Uqanda, Ruanda, Pakistan, Hindistan, Yəmən, Malaziya, İndoneziya, Polşa, Rusiya, Avstraliya, ABŞ, Qazaxıstan, Xorvatiya, Yunan, Bosniya, Çeçenistan və digər ölkələr dəvət olunublar.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 İyul, 2021  11:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!