إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ Konqresi Qarabağ separatçılarına yardımını artırmaq istəyir

                   
ABŞ Konqresinin Təxsisatlar Komitəsinin xarici əməliyyatlar üzrə Alt Komitəsi gələn il Dağlıq Qarabağdakı separatçı rejimə göstərilən humanitar yardımın miqdarını 2 milyon dollardan 5 milyon dollaradək artırmağı təklif edib. APA-nın ABŞ Erməni Milli Komitəsinə istinadən yaydığı məlumata görə, Alt Komitə həmçinin Obama administrasiyasının Ermənistana yardımın 7,5 milyon dollar azaldılması təklifini rədd edib.

Məlumatda qeyd olunur ki, Dağlıq Qarabağa yardımın miqdarı 150 faiz artırılması, Ermənistana göstərilən maliyyə yardımının miqdarı əvvəlki tək saxlanması, Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinə yardım ayrılması gündəmə gətirilib, İrəvan və Bakıya hərbi yardım göstərilməsində paritetin gözlənilməsi təklif olunub.

Bundan başqa Alt Komitə dövlət katibi Hillari Klintonu Yaxın Şərqdə son iğtişaşlardan sonra ağır vəziyyətdə olan ermənilərə və digər xristian xalqlara yarıdım davam etdirməyə səsləyib. Bu təkliflər Konqresin Təxsisatlar Komitəsinin gündəliyinə daxil edilib və təkliflər üzrə səsvermə bu gün keçiriləcək.

“Mediaforum”un məlumatına əsasən, ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) etiraz olaraq məktub kampaniyasına başlayıb. USAN qeyd edir ki, ABŞ qanunsuz işğal edilmiş əraziyə birbaşa yardım edən yeganə dövlətdir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 May, 2012  20:52 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!