إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Yüzlərlə kanadalı müsəlmanlara dəstək aksiyası keçirtdi

Kanadanın London şəhərində yüzlərlə insan məscid və islamofob şəxsin terror aktını törətdiyi yerin arasında toplaşıb.

Ahlibeyt.az-ın Shafaqna.com-a istinadən xəbərinə görə, həmin insanlar terror qurbanlarının xatirəsini anmaq və müsəlman icması ilə həmrəyliklərini ifadə etmək üçün bir yerə yığışıblar.

Xatırladaq ki, yəhudi əsilli Kanada vətəndaşı Nataniel Veltman müsəlman ailəsinə qarşı terror aktı törədib. Cinayət bazar günü törədilib.

Terrorçu idarə etdiyi avtomobili müsəlman ailəsinin üzərinə sürüb və 4 müsəlmanı – ana və atanı, onların 15 yaşlı qızını və nənəni qətlə yetirib, 9 yaşlı oğlan isə sağ qalıb və xəstəxanadadır.

Veltman öz çirkin hücumuna öncədən hazırlaşıb. O, bu terroru dini nifrət zəminində törədib. Hücum zamanı onun əynində zireh olub, belə ki, o, zirehi polislə mümkün atışmaya hazırlıq kimi geyinmişdi. Polis onu isti izlərlə yaxalayıb.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 İyun, 2021  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!