إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

“Həsən, Hüseyn və Müaviyə” yaxın vaxtlarda efirə veriləcək

“Həsən, Hüseyn və Müaviyə” adlı serial artıq tamamlanmaq üzrədir və yaxın gələcəkdə efirə veriləcək. Bu barədə “Shia-online” xəbər verir. Küveyt dövlətinijn maliyyəsi hesabına çəkilən filmin rejissoru suriyalı kinematoqraf Vasim Seyyiddir.

Filmin böyük hissəsi Suriya ərazisində lentə alınıb, müxtəlif ölkələrdən gələn məşhur aktyorlar baş rolları ifa edib.

Filmin yaradıcı heyətinin yaydığı bəyanata əsasən, müxalifləri (yəni şiələri) razı salmaq məqsədilə imamların (İmam həsənlə İmam Hüseynin (ə)) simalarını göstərməkdən çəkiniblər, lakin digər səhabə və tabeyinlərin üzü göstərilib.

Xatırladaq ki, ötən il təqlid mərcəələri bu filmin çəkilməsinə, ələxüsus məsumların üzlərinin göstərilməsinə etiraz etmişdirlər. Filmin əsas məqsədi, Peyğəmbər Əhli-Beyti (ə) ilə Müaviyənin arasında münasibətlərin müsbət şəkildə qələmə verilməsidir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 May, 2012  22:01 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!