|
• Dünyadaİranla Azərbaycan regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək - Həsən Ruhaniİran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Ahlibeyt.az-ın məlumatına görə, məktubda deyilir: Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Möhtərəm Prezident. Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan Respublikası dövlətini və xalqını səmimi-qəlbdən təbrik edirəm. Ölkəniz müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən İran İslam Respublikası ilə Azərbaycan Respublikası iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirmişlər. Əmin olduğumu bildirirəm ki, hər iki ölkə gələcəkdə də zəngin mədəniyyətimizdən və qədim tariximizdən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, əməkdaşlığın, siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək. Sonda Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının şərafətli xalqına isə xoş günlər arzulayıram. Hörmətlə, Həsən Ruhani İran İslam Respublikasının Prezidenti
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
27 May, 2021 12:16 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |