إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Almaniyalı İslamşünas alimin kitabı Rus dilində nəşr edildi

İslam tarixinin ilk yüzilliklərində dini təfəkkürün tarixini araşdıran "Əqidə və cəmiyyət hicrətin ikinci və üçüncü əsrlərində" adlı araşdırmalar məcmuəsinin ilk cildi Rus dilində nəşr edilib.

Ahlibeyt.az-ın İQNA-ya istinadən xəbərinə görə, ilk dəfə Rus dilində çap edilən altı cildlik bu dəyərli əsərin müəllifi almaniyalı İslamşünas Cosef (Josef)  Van Essdir (1934).

Kitab ilk dəfə 1991-1997-ci illərdə Berlində çap edilib. Məhəmmədrza Behiştinin rəhbərlik etdiyi qrup tərəfindən Fars dilinə də tərcümə edilən əsər İranda ilin kitabı seçilib.

Kitab Alman dilindən Rus dilinə Rusiyanın Fəlsəfə Elmləri Akademiyası və Moskva İbn Sina Fondunun təşəbbüsü ilə və Rusiyanın Fələsəfə universitetinin müəllimi, İrfan və Fəlsəfə Elmləri Doktoru Elşad Nəsirovun nəzarəti altında Piter Kazakov tərəfindən tərcümə edilib.

Kitabda "hicrinin birinci əsrində din və dindarlığın xüsusiyyətləri" və "hicrinin ikinci əsrində İslami vilayətlər" mövzusu dərin və hərtərəfli araşdırılıb. Həmçinin ilahiyyat, kəlam elmi, sonuncu peyğəmbərlik, əqidəvi firqələr, məzhəblər və sair mövzular müzakirə edilib.

1

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 May, 2021  10:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!