|
• DünyadaRusiya sərhədlərin delimitasiyası və demarkasiyası üçün Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılmasını təklif edibRusiya Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası məsələsinin müzakirəsində vasitəçi ola bilər. Ahlibeyt.az-ın xəbərina görə, APA-nın RİA Novosati agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Düşənbədə tacikistanlı həmkarı Sirociddin Muhriddinovla birgə mətbuat konfransında bildirib. S. Lavrov qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirləri Ermənistanın xahişi ilə Azərbaycanla sərhəddə yaranmış vəziyyəti müzakirə ediblər. “Biz dünən KTMT xarici işlər nazirlərinin qeyri-formal rejimdə işinə başlamışıq. Görüşün gedişində dünən axşam erməni həmkarlarımızın xahişinə baxılıb. Bu xahiş əsasında biz İrəvanla Bakı arasında münasibətlərə dair situasiyanı da müzakirə etdik”, - deyə o bildirib.
S. Lavrov qeyd edib ki, tərəflərlə ilkin razılaşmaya əsasən, Rusiya sərhədlərin delimitasiyası və demarkasiyası üçün yardımını təklif edib. Bu məqsədlə Moskva Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib, Rusiyanın komissiyanın işində vasitəçi və məsləhətçi qismində iştirak edə biləcəyini nəzərə çatdırıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 May, 2021 10:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |
|