|
• Dünyadaİslam ölkələrində sosial-mədəni hüquqların təmin edilməsi məsələləri müzakirə olunubİslam Dünyası Elm, Mədəniyyət və Təhsil Təşkilatı (ICESCO) ilə İnsan Hüquqları üzrə İnformasiya və Treninq Mərkəzinin birgə təşkil etdikləri “Sosial-mədəni hüquqların qorunması mexanizmlərinin gücləndirilməsi: çağırışlar və perspektivlər” mövzusunda keçirilən vebinarda İslam ölkələrində insanların sosial-mədəni hüquqlarının təmin edilməsi məsələləri müzakirə olunub. Ahlibeyt.az-ın xəbərinə görə, Təşkilatın baş qərargahından AZƏRTAC-a bildiriblər ki, vebinarda çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik bu sahədə üzv ölkələrin hökumətləri ilə birgə həyata keçirilən layihələrdən bəhs edib. O vurğulayıb ki, insan haqlarının tərkib hissəsi olan sosial-mədəni hüquqlar təhsil, səhiyyə, mənzil, əmək, ərzaq və təmiz su ilə təmin edilməsini ehtiva edir. Bütün bu sahələrdə müəyyən irəliləyişlərin olduğunu diqqətə çatdıran Baş direktor təəssüflə qeyd edib ki, bəzi İslam ölkələri Avropa dövlətlərindən geridə qalır. Onun sözlərinə görə, problemlərin həlli istiqamətində beynəlxalq səylər artırılmalı, yeni proqramlar həyata keçirilməlidir. ICESCO-nun rəhbəri qeyd edib ki, təşkilat hazırkı mürəkkəb şəraitdə - COVID-19 pandemiyasının qlobal iqtisadiyyata və sosial vəziyyətə mənfi təsir etdiyi dövrdə sosial-iqtisadi hüquqların təmini istiqamətində yeni strategiya hazırlayıb. Xüsusən, üzv ölkələrdə donor təşkilatların yardımı ilə gənclər və qadınların həyat şəraitinin yaxşılaşdırılması, təhsilin inkişafı sahələrində mühüm layihə və proqramlar həyata keçirilir. “Müasir dövrdə mürəkkəb çağırışlara cavab vermək üçün beynəlxalq səylərlə innovativ ideyalar tapılmalı və onların köməyi ilə cəmiyyətdə sosial konsolidasiyaya nail olunmalıdır”, -deyə Əl-Malik vurğulayıb. Vebinarda çıxış edən Fransanın Strasburq Universitetinin professoru Məhəmməd Əmin Maydani, Ərəb Ölkələrində İnsan Hüquqları Təşkilatının sədri Alaa Şəlabi və ekspertlər sosial-iqtisadi hüquqların təmini sahəsində yeni təkliflər irəli sürüblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 May, 2021 08:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |