إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Sistani müsəlman dünyasını Fələstinə dəstək verməyə çağırıb

“Dini mərcəiyyət böyük Fələstin xalqına işğalçılar qarşısındakı şücaətli müqavimətində qəti dəstəyini bir daha elan edir. İşğalçılar onların ərazilərindən yenə qoparmağa, onları şərafətli Qüdsün digər ərazilərindən köçürməyə çalışırlar. Dini mərcəiyyət azad xalqları onları dəstəkləməyə, hüquqlarını almaq üçün onlara yardım etməyə çağırır.”

Ahlibeyt.az SalamNews-a istinadən xəbər verir ki, bu barədə Ayətullah Sistaninin dəftərxanası bəyanat verib.

Bəyanatda müsəlman xalqlarına çağırış edilib və Fələstinə bu mübarizədə yardım etmək önə çəkilib.

Bəyanatın davamında deyilir:

“Əl-Əqsa məscidi, ətrafı və sair işğal edilmiş ərazilərdəki şiddətli qarşıdurmalar şəksiz bu günlərdə fələstinlilərin işğalın və davamlı təcavüzlərin qarşısında iradə və möhkəmliyini göstərir. Bu mübarizə göstərir ki, onlar qəsb edilmiş ərazilərindən hansı qurbanların bahasına olur olsun əl çəkməyəcəklər."

 

 


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 May, 2021  10:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!