|
• DünyadaFələstin Beynəlxlaq Cinayət Məhkəməsindən İsrailin hücumlarına baxmağı tələb edibFələstin Muxtariyyəti Beynəlxalq Cinayətlər Məhkəməsindən İsrailin hücumları və qanun pozuntuları ilə bağlı edilən şikayətlərə baxılması işinin sürətləndirilməsini istəyib. Ahlibeyt.az-ın məlumatına görə, SalamNews Palinfo.com-a istinadla xəbər verir ki, bu barədə Fələstinin Xarici İşlər Nazirliyi bəyanat verib. Bəyanatda Beynəlxalq Cinayət Məhkəməsindən tələb edilib ki, İsrailin işğal siyasəti, qanun pozuntuları və son hücumları ilə bağlı edilən şikayətlərə baxılması işini sürətləndirsin. Qeyd edək ki, BCM ötən il fələstinlilərin İsrailə qarşı müharibə cinayətlərilə bağlı şikayətlərini təmin edəcəyini bildirmişdi. Bundan sonra ABŞ adıçəkilən məhkəmənin bəzi hakimlərinə sanksiya tətbiq etmişdi. Bildirək ki, İsrailin Qəzzaya hava zərbələri, Qəzzadakı fələstinli hərəkatların buna raket cavabı hələ də davam edir. İndiyə qədər Qəzzada 27 nəfərin həyatını itirdiyi deyilir. Onlardan doqquzu uşaqdır. Eyni zamanda işğal altında olan İordan çayının qərbində əksər bölgələrdə əl-Əqsaya və Qəzzaya hücumla bağlı etiraz aksiyaları keçirilməkdə və qarşıdurmalar baş verməkdədir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 May, 2021 15:12 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |