إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ayətullah Sistaninin dəftərxanasından Əfqanıstandakı terrora reaksiya

Ayətullah Sistaninin dəftərxanası Əfqanıstandakı terror aktı ilə bağlı bəyanat yayıb.

Ahlibeyt.az-ın Az.shafaqna.com-a istinadən xəbərinə görə, Ayətullah Seyid Sistaninin dəftərxanasının bəyanatında qeyd olunur ki,  Mübarək Ramazan ayında qız şagirdlərin oxuduğu “Seyidüş  Şühadə” məktəbində onlarla insanın şəhid edilməsi və yaralanmasına səbəb olan terror aktı hər azad insanın qəlbində narahatlıq və hüzn yaratmışdır.

Açıqlamada qeyd olunur ki, uzun illərdir mülki Əfqanıstan əhalisi təkfirçi və ekstremist qruplaşmalar tərəfindən dəhşətli hücumlara məruz qalmasına baxmayaraq, bu hücum nadir və daha ağır olmuşdur.

Müctehidin dəftərxanası dünyasını dəyişənlərin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı bildirərək, yaralılara Allahdan şəfa diləyib.

Dəftərxananın açıqlamasının davamında Əfqanıstan dövləti və bütün etnik, dini azlıqlar milli birliyə dəvət edilərək mülki vətəndaşların terrorçu qruplaşmaların hücumundan qorunması istiqamətində lazım olan bütün addımların atılması, həmçinin təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyi diqqətə çatdırılıb.

Ayətullah Sistaninin dəftərxanası sonda müsəlman ölkələr və dünya ictimaiyyətini köməksiz Əfqan millətini çətin vəziyyətdə qalmaması, həmçinin zalım planların işə salınmasına imkan verilməməsi, gələcəkdə günahsız insanların terrorçu qruplaşmaların hədəfinə tuş gəlməməsi  üçün hərəkətə keçməyə çağırıb.

Qeyd edək ki, təkfirçilərin qızların oxuduğu məktəbə hücumu nəticəsində 63 nəfər şəhid olmuş, 150 nəfərdən çox insan yaralanmışdı.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 May, 2021  12:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!