|
Qədr gecəsi mərasimi canlı olaraq yayımlanacaqBu il ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlər planı çərçıvəsində məscid və ziyarətgahlarda kütləvi tədbirlərin, fərdi ibadətlərin və camaat namazlarının qılınması müvəqqəti olaraq təxirə salınmışdır. Mübarək Ramazan ayı mərasimləri digər müsəlman ölkələrində olduğu kimi olduğu kimi Azərbaycanda da virtual olaraq yayımlanır. Mübarək Ramazan ayının Əhya-gecələri(Qədr gecələri) ərəfəsindəyik. Bu il müsəlmanlar evlərində “Qədr gecəsi”lərini əhya saxlayacaqlar. Məhdudiyyətlərlə bağlı məscidlər bağlı olacaq və virtual olaraq yayımlanan mərasimləri izləyib əhya gecəsində oyaq qalacaqlar. Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu il ölkəmizdə fəaliyyət göstərən bir çox məscidlər tərəfindən(Youtube,Fecebook,və İnstaqram səhifələri üzərindən) canlı yayımla “virtual əhya məclisi” təqdim olunacaq. Məşədi Dadaş məscidi dini icması səhərə qədər əhya saxlayanlar üçün online proqram hazırlayıb.Mərasim Hacı Şahin Həsənlinin rəsmi Youtube,Facebook və İnstaqram səhifəsindən yayımlanacaq. 22:30 - Qurani-Kərimin tilavəti (Müslüm Qəhrəmanov) 22:35 - Xütbə (Hacı Şahin Həsənli) 23.30 - Qədr gecəsi duaları (Hacı Şahin Həsənli) 00:00 - Fasilə 01:00 - Dualar(Hacı Teymur Nəsirov) Ehtimal edilən İkinci və üçüncü Əhya gecələri (3, 5 may) tarixlərində qeyd olunacaq
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 May, 2021 11:57 ⁄ Çap
Bu bölmədə29 Mart, 2025 Mübarək Ramazan ayının son gecəsinin əməlləri28 Mart, 2025 Fitrə zəkatı nə qədər çıxarılmalıdır19 Mart, 2025 Qədr gecəsi oxunması tövsiyyə iki xüsusi dua19 Mart, 2025 QƏDR gecələri üçün xüsusi hacət namazı |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |