|
İran səfiri: İran Prezident İlham Əliyevin dostluq bəyanatını alqışlayır"Azərbaycan Respublikasının prezidenti İlham Əliyev müştərək sərhədlərimizə səfərində ikinci dəfədir belə bir mesaj verir. Bu əslində yersiz deyil. İki ölkə bir-birinə yaxın və müştərək bağlara malikdirlər. İran bu dostluq bəyanatını alqışlayır." Ahlibeyt.az SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ölkə mətbuatına açıqlamasında bildirib. Səfir Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Zəngilana səfəri zamanı iki ölkə sərhədi ilə bağlı səsləndirdiyi fikilərin İran tərəfindən alqışlandığını bildirib. Səfirin sözlərinə görə, İran şirkətləri Qarabağın bərpası ilə bağlı təkliflər hazırlayıb. O həmçinin müharibədən sonra vəziyyətin dəyişdiyini vurğulayaraq, deyib: “Ermənistan başa düşməlidir ki, regionun həyatında yeni dövr başlanıb” Səfir Naxçıvana çəkiləcək dəhlizlə bağlı İranın mövqeyini açıqlayıb və bildirib ki, İran Zəngəzur dəhlizi üzrə əməkdaşlığın inkişafında maraqlıdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 May, 2021 10:50 ⁄ Çap
Bu bölmədə31 Mart, 2025 31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür26 Fevral, 2025 Xocalı soyqırımından 33 il ötür20 Yanvar, 2025 20 Yanvar faciəsindən 35 il ötür |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |