إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ Dövlət Departamenti: Baydenin 24 aprel açıqlamasının heç bir hüquqi nəticələri yoxdur

1915-ci il hadisələri ilə əlaqədar ABŞ Prezidenti Co Baydenin "soyqırımı" olaraq xarakterizə etdiyi son açıqlamalarının məqsədi ABŞ-ın məhkəmələri qarşısında Türkiyənin "suveren immuniteti"nə təsir etmək olmayıb.

Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ağ Ev rəhbərinin 24 apreldəki bəyanatının qanuni baxımdan hansı məna daşıya biləcəyi ilə bağlı sualını şərh edərkən deyib.

Dövlət Departamentindən bildirilib: “Prezidentin son açıqlaması “Xarici Dövlət Toxunulmazlığı” Qanunu ilə tənzimlənən ABŞ məhkəmələri qarşısında Türkiyənin suveren immunitetinə təsir etmək məqsədi daşımayıb”.

Xatırladaq ki, C.Bayden 1915-ci il Osmanlı hadisələri ilə bağlı çıxışı zamanı "soyqırımı" ifadəsindən istifadə etməsinə Türkiyə dövləti və ictimaiyyəti tərəfindən sərt reaksiya verilib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 May, 2021  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!