إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Mosulda dağıntılar altından İŞİD-ə məxsus milyonlarla dollar dəyərində pul və qızıl tapılıb (FOTO)

İŞİD-dən azad edilmiş Mosulda dağıntılar altından milyonlarla dollar dəyərində pul və qızıl-zinət əşyaları aşkarlanıb.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews ShafaqNews-a istinadla xəbər verir ki, bu barədə mərkəzi Mosulda yerləşən Nineva əyalətinin Polis İdarəsi bəyanat verib.

Bildirilib ki, Mosulda dağıntılar altından dəyəri milyonlarla dollarla ölçülən qızıl-zinət əşyaları, bahalı metallar və pullar aşkarlanıb.

Əlavə edilib ki, bu “xəzinə”, şəhərin vaxtilə terror təşkilatının nəzarətində olanda İŞİD-in “Maliyyə Divanı” tərəfindən zəbt edilmiş və gizlədilmiş pullar və qızıl-zinət əşyalarıdır.

Əlavə edilib ki, burada nağd 1,500,900 dollar pul, 17,500,000 İraq dinarı, eləcə də, iŞİD-in sikkə kimi dövriyyəyə buraxmaq istədiyi 15 kq gümüş və 480 qram qədərində qızıl sikkə aşkarlanıb.

Qeyd edək ki, İŞİD terror təşkilatı Mosulu 2014-cü ilin yayında zəbt edib və şəhər 2017-ci ildə azad edilib.

1

1

1

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2021  10:37 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!