|
• DünyadaRusiya XİN Azərbaycanla Ermənistan arasında davamlı sülhə istiqamətlənən təşəbbüsləri alqışlayırRusiya Xarici İşlər Nazirliyi (XİN) Bakı ilə İrəvan arasında davamlı sülhə və mehriban qonşuluq münasibətlərinin qurulmasına istiqamətlənən təşəbbüsləri alqışlayır. Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib ki, buna etibarlı əsas Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarıdır. “Rusiya bundan sonra da bu cür prosesə hər bir yardımı etməyə hazırdır. Əlbəttə ki, həm Azərbaycan, həm də Ermənistan sadə olmayan qarşılıqlı etibarlı güvənin qurulması yolunun başlanğıcındadırlar. Qarşıda az olmayan çətinlikləri, maneələri aşmaq var. Cənubi Qafqazın sabitliyi, dayanıqlı iqtisadi inkişafı Rusiyanın bu regiondan olan bütün tərəfdaşlarının marağına cavab verir. Ümid edirik ki, praktiki işlərdə tərəflər ayırıcı xətlərə deyil, münasibətlərin normallaşmasına və inam atmosferinin yaradılmasına istiqamətlənən addımlara səy göstərəcəklər”, - deyə M. Zaxarova qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Aprel, 2021 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |