إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hacı Ramin İgidov: Məqsədimiz Azərbaycanda olduğu kimi, Gürcüstandakı dini konfessiyalar arasında dostluq və ədalətlilik prinsiplərini təmin etməkdir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Gürcüstanda yaşayan soydaşlarımızın vəziyyəti ilə maraqlanır, onlara elmi, dini vəsaitlər göndərir.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov idarə tərəfindən yeni nəşr olunan kitabların təqdimatı mərasimində deyib.

Tbilisidəki, Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən tədbirdə hacı Ramin İgidov, əvvəlcə, Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən nəşriyyat və media sahəsində 7 ildə görülən işlər haqqında məlumat verib.

Sonra o, Azərbaycanda dövlət-din münasibətlərindən, dövlətin dini icmalara diqqət və qayğısından söz açıb.

R.İgidov bildirib ki, Azərbaycanda bütün dini konfessiyalar arasında mehriban dostluq, bərabərlik prinsipi var. Dövlət dindən ayrı olsa da dini icmalara böyük diqqət və qayğı göstərir: “Bizim də əsas məqsədimiz Azərbaycanda olduğu kimi, Gürcüstanda da bütün dini konfessiyalar arasında dostluq, bərabərlik və ədalətlilik prinsiplərini təmin etməkdir. Bunun üçün GMİ Gürcüstanın müvafiq qurumları və dini konfessiyalarla məqsədyönlü iş aparır”.

Sonra R.İgidov Elnarə Cəfərli ilə birgə tərtib etdiyi “Ensiklopedik islami bilgilər” kitabının özəlliyi və əhəmiyyətindən danışıb.

Bildirilib ki, kitabda dini kitablarda işlənilən terminlərin mənası açıqlanır. Eyni zamanda, hər bir müsəlmanın bilməsi vacib olan ümumi məlumatlar da kitabda əksini tapıb.

Kitabda “Qurani-Kərim”də və islami ədəbiyyatlarda işlənilın 500-dən çox terminin izahı və onlar haqqında digər məlumatlar yer alıb.

GMİ-nin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov çıxışı zamanı kitabın oxucuların dini bilikləri mənimsəməsi baxımından əhəmiyyət və faydasından söz açıb.

Kitabların müəllifləri professor Mahmud Kamaloğlu, yazıçı Əli Abbas və həkim Novruz Murtuzov yeni nəşrin hazırlanmasının məqsəd və məramı barədə məlumat veriblər.

Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Eldar Bayramov, Türkiyə səfirliyinin dini məsələlər üzrə müşaviri Ahmed Erdem, İran İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Həmid Mustəfəvi və başqaları fikirlərini bölüşüblər.

Mərasimdə daha 3 kitab oxuculara təqdim olunub. Bildirilib ki, bu kitablar dini biliklərin artırılması ilə yanaşı, insanlarda İslamın sülh, bərabərlik və həmrəylik dini olması barədə insanların daha çox məlumat almasında mühüm rol oynayacaq.

1

1

1

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Aprel, 2021  10:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!