إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hər kim mübarək Şaban ayının son üç gününü oruc tutarsa...

İmam Sadiq (ə) buyurur: Hər kim Şəban ayının bircə gününü oruc tutar – behişt onun üçün vacib olar. Hər kim ondan iki günü oruc tutarsa Allah dünyanın hər gecə və gündüzü ona nəzər salar. Bu nəzər behiştə qədər davam edər...

Mübarək Şaban ayının bitməsinə və qarşıdan gələn Allahın ziyafət ayı olan mübarək Ramazan ayının gəlişinə hazırlaşırıq

Artıq Şaban ayının 24-cü günüdür və Allahın ziyafət ayı olan mübarək Ramazan ayının başlamasına bir nəçə gün (6 gün) qalıb.

Qarşıdan gələn mübarək Ramazan ayının xüsusi əməl və göstərişləri vardır. Bu aya ilahi ziyafət ayı deyilir - Allah Təalanın öz bəndələrinə misilsiz rəhmət və bərəkət nazil etdiyi ay.

Hədis və rəvayətlərdə buyurulur Ramazan ayına qəlbinizi hazırlayın, gühahlarınızdan tövbə edin, biri birinizə diqqət edin. İmam Rza (ə) dan olan bir hədisdə buyurulur:

"İlahi şəban ayının keçən günlərində bizi bağışlamamısansa, yerdə qalan günlərdə bağışla.” ( Vəsailuş-şiə, c-10, s-301)

Şaban ayı və bu ayın son günlərini ramazan ayının orucu üçün hazırlıq mərhələsi kimi tövsiyyə olunub. Müsəlmanlar Şaban ayının son günlərini oruc tutaraq özünü Ramazan ayına həm cismi, həm da ruhi-psixoloji hazırlamaqla bərabər ilahi savab və mükafat əldə edir.

İmam Sadiq (ə) buyurur: ”Hər kim Şəban ayının son üç gününü oruc tuta və onu Ramazan ayına birləşdirə, Allah Təala onun üçün hər iki ayın savabını yazar.”

Peygəmbər (s) buyurub: "Hər kim Şaban ayının son üç gününü oruc tutarsa durr və yaqutdan ibarət olan cənnətlərdə dərəcəsi yetmiş dəfə yüksəlar.”

 

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Aprel, 2021  15:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!