|
|
Nizami Səfərov: “Ermənilərin Azərbaycan ərazisindən çıxardığı mədəni sərvətlər qaytarılmalıdır”“Həm Azərbaycan, həm Ermənistan müharibə zamanı mənəvi sərvətlərin qorunması haqqında konvensiyanın iştirakçısıdır”. Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib. Deputat bildirib ki, Ermənistan 30 il müddətində beynəlxalq konvensiyaların tələblərini pozub: “Bu, Ermənistan tərəfindən beynəlxalq hüquqa sərgilənən məsuliyyətsiz davranışdır. Ermənistan iştirakçısı olduğu konvensiyaların şərtlərini, tələblərinin total şəkildə pozur. Bizim mədəni sərvətlərimizə vurulmuş ziyan, ümumiyyətlə, dəymiş ziyanın qiymətləndirilməsi kontekstində qiymətləndirilməlidir. Ermənilər tərəfindən Azərbaycan ərazisindən çıxarılan mədəni sərvətlər də özümüzə qaytarılmalıdır. Bu işdə UNESCO, BMT, istərsə də ayrı-ayrı qərb ölkələri iştirak etməlidir. Mədəni irsə vurulan ziyan ödənilməlidir. Belə cinayətlər törədən şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidir. Təəssüf ki, bu sahədə də biz ikili standartların şahidiyik”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Mart, 2021 13:19 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |