29 Mart, 2021
Nizami Səfərov: “Ermənilərin Azərbaycan ərazisindən çıxardığı mədəni sərvətlər qaytarılmalıdır”

“Həm Azərbaycan, həm Ermənistan müharibə zamanı mənəvi sərvətlərin qorunması haqqında konvensiyanın iştirakçısıdır”.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

Deputat bildirib ki, Ermənistan 30 il müddətində beynəlxalq konvensiyaların tələblərini pozub: “Bu, Ermənistan tərəfindən beynəlxalq hüquqa sərgilənən məsuliyyətsiz davranışdır. Ermənistan iştirakçısı olduğu konvensiyaların şərtlərini, tələblərinin total şəkildə pozur. Bizim mədəni sərvətlərimizə vurulmuş ziyan, ümumiyyətlə, dəymiş ziyanın qiymətləndirilməsi kontekstində qiymətləndirilməlidir. Ermənilər tərəfindən Azərbaycan ərazisindən çıxarılan mədəni sərvətlər də özümüzə qaytarılmalıdır. Bu işdə UNESCO, BMT, istərsə də ayrı-ayrı qərb ölkələri iştirak etməlidir. Mədəni irsə vurulan ziyan ödənilməlidir. Belə cinayətlər törədən şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidir. Təəssüf ki, bu sahədə də biz ikili standartların şahidiyik”.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10985.html