|
• DünyadaABŞ qoşunları noyabr ayına qədər Əfqanıstanda qala bilərABŞ Prezidenti Co Bayden amerikalı əsgərlərin Əfqanıstandan çıxarılması işini noyabr ayına qədər təxirə salmağı düşünür. Ahlibeyt.az APA-ya istinadən xəbər verir ki, bu barədə “NBC” telekanalı özəl mənbələrə istinadən məlumat yayıb. Radikal dini hərəkat olan “Taliban”la razılaşmaya əsasən, ABŞ hərbi qüvvələri may ayının 1-də Əfqanıstandan çıxmalıdır. Məlumata görə, köməkçiləri ilə son məsləhətləşmələr zamanı Bayden ABŞ qoşunlarının Əfqanıstanda təyin olunmuş müddətdən çox qalmasına qarşı çıxsa da, bu müddətin altı ay uzadılması barədə razılığa gəlib. Mənbə bildirib ki, “Bayden qoşunları Əfqanıstandan çıxarmaq istəyir”. Ancaq məsləhətləşmələr zamanı Pentaqon təmsilçiləri müddətin uzadılmalı olduğunu “Taliban”ın ABŞ-la razılığa əməl etməməsi ilə əsaslandırmağa çalışıblar. Son qərar hələlik verilməyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Mart, 2021 10:58 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |