|
Tarix Muzeyində Elm Gününə həsr olunan kitab sərgisiMilli Azərbaycan Tarixi Muzeyində Elm Gününə həsr olunan 2020-ci ilin nəşrlərinin sərgisi keçirilib. Ahlibeyt.az xəbər verir ki, bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Milli Azərbaycan Tarixi Muzeyi eksponatların toplanması, təbliği, elmi tədqiqat işləri ilə yanaşı, elmi-kütləvi nəşrlərə də üstünlük verir. Bu istiqamətdə 2020-ci ildə muzeyin 100 illiyi münasibətilə yubiley nəşrləri işıq üzü görüb. Muzeyin Arxeologiya, Etnoqrafiya, Numizmatika elmi-fond şöbələrinin, Sənədli mənbələr, Silahlar və bayraqlar, Köməkçi tarixi fənn materialları, Xüsusi, Hədiyyələr və xatirə əşyaları fondlarının materialları əsasında hazırlanmış “Azərbaycan tarixi 100 eksponatda”, “Hacı Zeynalabdin Tağıyev sarayı” kitab-albomları, həmçinin “Azərbaycan Dmitri Yermakovun fotoşəkillərində”, “Sehrli çıraq”, “Xəzər Atlantidası yadigarları”, “Üçtəpə kurqanındakı alban döyüşçüsü”, “Azərbaycan şəhərlərinin açarları”, “Gözəllik ondur”, “Hacı Zeynalabdin Tağıyev fotoşəkillərdə”, “Əlifba” kitabları çapdan çıxıb. Azərbaycan və ingilis dillərində hazırlanan bu nəşrlər Azərbaycan tarixinin ayrı-ayrı səhifələrinin tədqiqi ilə yanaşı, muzey kolleksiyasının populyarlaşdırılması baxımından da əhəmiyyət kəsb edir. Bu nəşrlər Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə çap olunub. Muzeyi ziyarət edənlər stenddə nümayiş olunan nəşrlər ilə tanış ola bilərlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Mart, 2021 12:20 ⁄ Çap
Bu bölmədə14 Aprel, 2021 Türkiyədə Ramazan ayının ilk 2 həftəsi “Covid-19”la bağlı məhdudlaşma tədbirləri sərtləşdiriləcək 7 Aprel, 2021 Dini icma rəhbərləri Ağdamda - VİDEO19 Mart, 2021 QMİ sədri Fransanın Azərbaycandakı səfirinə Erməni Apostol kilsəsinin davranışları ilə bağlı etirazını bildirib |
Xəbər lenti
19 Aprel, 2021 17:40
19 Aprel, 2021 10:00
18 Aprel, 2021 11:22
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |