إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Moskva Cümə namazında Fələstini dəstəkləyəcəklər

Mayın 11-i Rusiya paytaxtı Moskvada yerli vaxtla saat 11-də Fələstin səfirliyi qarşısında aksiya keçiriləcək. İmam-cümənin də qatılacağı aksiya fələstinli məhbusların dəstək məqsədi ilə keçiriləcək. “İslamnews.ru” sayıtının məlumatına əsasən, artıq 70 gündür ki, İsrail tərəfindən qeyri-qanuni həbs edilən fələstinliklər aclıq aksiyası keçirirlər. Onların sayı 2000 mini aşır.

Fələstinli məhbuslarla həmrəylik nümayiş etdirən rusiyali müsəlmanlar hamını oruc tutmağa, bununla da fələstinlilərin aclığına qoşulmağa çağırırlar. Onlar Rusiya hökuməti, habelə BMT və sair beynəlxalq qurumlardan məsələyə müdaxilə etməyi və İsrailə təzyiq göstərməyi tələb edirlər. Aksiya iştirakçıları İsrailin yürütdüyü ayrıseçkilik siyasətini pisləyiblər.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 May, 2012  16:48 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!