إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İsveçrədə ictimai yerlərdə üzün tam örtülməsi qanunla qadağan edilib

Avstriya, Fransa və sair Avropa ölkələrinin ardınca İsveçrədə də ictimai yerlərdə üzün tam örtülməsi (niqab və ya burka ilə) qadağan olunub.

Ahlibeyt.az-ın TASS-a istinadən məlumatına görə, martın 7-də İsveçrədə keçirilən növbəti ümumxalq səsverməsində seçicilərin 51.29 faizi bu təşəbbüsü dəstəkləyib 49.71 faizi isə qanun layihəsinin əleyhinə çıxıb.

İsveçrə hökuməti əhalini bu təşəbbüsə qarşı çıxmağa, qanun layihəsini geri cağırmağa və daha yülgül qadağa tətbiq edilməsinə çağırış edib( lakin təşəbbüs tərəfdarları istədiklərinə nail ola biliblər-red).

Təşəbbüsün rəsmi adı örtünmə qadağası adlanır və əsasən üzü təmamən örtən dini geyimlərə tətbiq olunacaq. Həmçinin gələcəkdə dini səbəb olmadan istənilən yürüşlərdə iştirak edən nümayişçilər üzünü görünməyəcək dərəcədə bağlaya bilməyəcək.

Qanun layihəsinə əsasən, İsveçrə sakinlərinə və ölkəyə gələn əcnəbilərə ictimai nəqliyyat, inzibati binalar, restoran və mağazalar, stadionlar, eləcə də digər ictimai yerlərdə üzlərini örtmək qadağan olunacaq.

Yalnız dini məkanlarda, tibbi səbəblərdən və hava şəraitindən asılı olaraq üzün bağlanmasına icazə verilə bilər.

Məsələ ilə bağlı İsveçrə müsəlman təşkilatları kəskin etiraz bildiriblər.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Mart, 2021  11:49 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!