إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Şərqşünas alimin məqaləsi Rusiyanın nüfuzlu jurnalında dərc olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun Rusiyada nəşr olunan “Orientalistika” beynəlxalq elmi jurnalında “Xəlifə əl-Mütədidin hakimiyyəti dövrünə aid vergi zəmanəti müqaviləsi (892 il): Hilal əs-Sabinin "Kitab əl-Vüzara" əsərindən çıxarış” adlı məqaləsi dərc olunub.

Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə AMEA mətbuat xidmətinin məlumatında bildirilir.

F.Əsədov Hilal əs-Sabinin "Kitab əl-Vüzara" (Vəzirlərin kitabı) əsərində təqdim edilən Xəlifə əl-Mütədidin hakimiyyəti dövrünə aid vergi zəmanəti müqaviləsinin mətnini ərəb dilindən tərcümə edib, müqavilə mətni ilə bağlı şərhlər verib və müqəddimə kimi xəlifə əl-Mütədidin taxta çıxması ilindəki xilafətdəki siyasi və iqtisadi vəziyyəti təqdim edərək, Abbasi xəlifələrinin dövründə vergilərin zəmanəti praktikasının yaranma səbəblərini araşdırıb.

Sözügedən müqavilə Orta və Cənubi İraqın münbit torpaqları ilə bağlı xəlifə əl-Mütədidin (892-902) vəziri və Məhəmməd ət-Tai adlı şəxs arasında bağlanıb.

Müqavilənin mətni və əs-Sabinin bu barədə yazdıqları IX əsrin sonunda Abbasi xilafətindəki dövlət məmurları ilə vergi zəmanəti verənlər arasındakı münasibətləri, bu şəxsləri zənginləşdirmək üçün korrupsiya sxemləri yaratmaq təcrübəsini, habelə xəlifə sarayının həyatının və qoşunları saxlamaq sisteminin bir çox detallarını xarakterizə edir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Mart, 2021  12:35 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!