|
• DünyadaBMT baş katibi: Yəməndə hər 10 dəqiqədə bir uşaq münaqişə və ya xəstəlik səbəbilə ölürBMT baş katibi Yəməndə münaqişəni dayandırmağa çağırıb. Ahlibeyt.az Eastnews.org-a istinadla xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş Yəməndəki müharibənin Yəmən xalqının, xüsusən də uşaqların sağlamlığına təsirlərindən bəhs edərək, "Yəmənli uşaqlar bir çox sağlamlıq riskinə məruz qalırlar və Yəməndə hər 10 dəqiqədə bir uşaq münaqişə və ya xəstəlik səbəbilə ölür", - deyə bildirib. BMT baş katibi Yəmən böhranının sülh yolu ilə həll edilməsinə çağırıb və bunun əldə edilməsi üçün hər cür səy göstərilməli olduğunu söyləyib. Qeyd edək ki, artıq 6 ildir ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb. Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir. Hazırda Yəməndə aclıqdan əziyyət çəkən 16 milyon insan var.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2021 14:12 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |