|
• DünyadaSəudiyyə vaksinasiya olunmayan zəvvarları Həccə buraxmayacaq – YENİ ŞƏRTZəvvar seçimi zamanı üstünlük koronavirusa yoluxaraq sağalmış həkimlərə, həmçinin xroniki xəstəliyi və koronavirusu olmayan 20-50 yaşlı insanlara veriləcək. Ahlibeyt.az-ın məlumatına görə, Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətlərini yerinə yetirmək istəyən zəvvarlar üçün yeni şərtlərini elan edib. Belə ki, zəvvarlar yalnız koronavirus əleyhinə vaksinasiyadan sonra ziyarətə buraxılacaqlar. “Həccdə iştirakın əsas şərti yeni koronavirusdan vaksinasiyadır”, – deyə krallığın səhiyyə naziri Taufiq ər-Rabia bildirib. Bu ilk Məkkə və Mədinə şəhərlərində Həcc ziyarəti iyul ayının ortalarında baş tutacaq. Ötən il pandemiya səbəbi ilə ziyarətdə cəmi 10 min nəfər iştirak edib – onların 30 faizi yerli sakinlər, 70 faizi isə ölkədə yaşayan əcnəbilər olub. Zəvvar seçimi zamanı üstünlük koronavirusa yoluxaraq sağalmış həkimlərə, həmçinin xroniki xəstəliyi və koronavirusu olmayan 20-50 yaşlı insanlara verilib. Ölkə xaricindən olanlar isə ziyarətə buraxılmayıblar. Ötən ilin noyabrından isə Səudiyyə Ərəbistanı 50 yaşlı böyük olmayan zəvvarların Ümrə ziyarətinə qəbulu başlayıb. İştirak şərti isə PZR-testin mənfi nəticəsinin təqdim edilməsi olub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2021 13:20 ⁄ Çap
Bu bölmədə16 Aprel, 2021 Mosulda dağıntılar altından İŞİD-ə məxsus milyonlarla dollar dəyərində pul və qızıl tapılıb (FOTO)16 Aprel, 2021 Rusiya XİN Azərbaycanla Ermənistan arasında davamlı sülhə istiqamətlənən təşəbbüsləri alqışlayır14 Aprel, 2021 ATƏT-in Minsk Qrupunun həmsədrləri “9 noyabr razılaşması” ndan sonra yaranan yeni şəraitlə bağlı bəyanat yayıblar |
Xəbər lenti
19 Aprel, 2021 17:40
19 Aprel, 2021 10:00
18 Aprel, 2021 11:22
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |