|
• Dünyadaİranda Qarabağa dair konfrans keçiriləcəkCari il mart ayının 1-də İranın Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək. Ahlibeyt.az-ın xəbərinə görə, APA-nın Tehran bürosunun məlumatına əsasən, Qumda fəaliyyət göstərən Elmi Hövzələr Mərkəzi tərəfindən təşkil olunacaq konfransa Azərbaycan, İran və Qafqaz xalqlarının görkəmli din alimləri dəvət ediləcək. Konfransda İranın Ali rəhbəri Ayətullah Əli Xameneinin 44 günlük müharibə zamanı irəli sürdüyü tezislər təhlil olunacaq. Qeyd edək ki, İranın Ali rəhbəri Azərbaycan Ordusunun Qarabağı erməni işğalından azad etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatı zamanı dövlət televiziyası ilə çıxış edərək rəsmi Bakının haqlı olduğunu bəyan etmişdi. Ayətullan Əli Xamenei bildirmişdi ki, İranın iki qonşusunun müharibə etməsi üzücüdür. Lakin Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Onun fikrincə, regionda sülh və əmin-amanlıq Azərbaycana məxsus torpaqların qaytarılması ilə təmin oluna bilər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Fevral, 2021 10:23 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |