|
• DünyadaFransada tikilməkdə olan “Əyyub Sultan məscidi”nə hücum edildiFransanın Strasburq şəhərində inşa edilməkdə olan məscid anti-islam ünsürlərin hücumuna məruz qalıb. Ahlibeyt.az-ın İslam.ru-ya istinadən xəbərinə görə, bu barədə Frasanın “İslam Cəmiyyətinin Milli Görüşü” (IGMG) təşkilatının sosial media hesabında açıqlama verilib. Tikilməkdə olan ibadətgahın divalarında “İslama yox”, “ölkənizə geri dönün” yazıları yazılıb. IGMG-dan qeyd edilib ki, bu hadisə hazırda Fransada mövcud olan dağıdıcı mühütün təzahürüdür. Əyyub Sulatn məscidi inşa edildikdən sonra Avropanın ən böyük məscidi olacaq. Sahəsi təxminən 61 min kvadrat metr olan məsciddə 3 min nəfər ibadət edə biləcək. Məscid kompleksi ərazisində həmçinin konfrans zalları, mədrəsə, kitabxana, müəllimlər otağı, restoran və mağazalar da olacaq. Həmçinin 600 avtomobil üçün park yeri və velosipedlər üçün dayanacaq da olacaq. Məscidin əsas minarəsinin ətrafında 44 metr olacaq, ətrafında 27 kiçik minarələr tikiləcəkdir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Fevral, 2021 11:43 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |