23 Fevral, 2021
Fransada tikilməkdə olan “Əyyub Sultan məscidi”nə hücum edildi

Fransanın Strasburq şəhərində inşa edilməkdə olan məscid anti-islam ünsürlərin hücumuna məruz qalıb.

Ahlibeyt.az-ın İslam.ru-ya istinadən xəbərinə görə, bu barədə Frasanın “İslam Cəmiyyətinin Milli Görüşü” (IGMG) təşkilatının sosial media hesabında açıqlama verilib.

Tikilməkdə olan ibadətgahın divalarında “İslama yox”, “ölkənizə geri dönün” yazıları yazılıb.

IGMG-dan qeyd edilib ki, bu hadisə hazırda Fransada mövcud olan dağıdıcı mühütün təzahürüdür.

Əyyub Sulatn məscidi inşa edildikdən sonra Avropanın ən böyük məscidi olacaq. Sahəsi təxminən 61 min kvadrat metr olan məsciddə 3 min nəfər ibadət edə biləcək.

Məscid kompleksi ərazisində həmçinin konfrans zalları, mədrəsə, kitabxana, müəllimlər otağı, restoran və mağazalar da olacaq. Həmçinin 600 avtomobil üçün park yeri və velosipedlər üçün dayanacaq da olacaq.

Məscidin əsas minarəsinin ətrafında 44 metr olacaq, ətrafında 27 kiçik minarələr tikiləcəkdir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-10895.html