إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bülənt Arınç Səid Nursidən necə bəhrələndiyini açıqladı

Ötən həftə türkiyənin Bursa şəhərində nurçu təriqətinin banisi Səid Nursinin xatirəsinə konfrans təşkil edilmişdi. Tədbirə qatılan Türkiyə baş nazirinn müavini Bülənt Arınç deyib: “Biz hamımız ona (Səid Nursiyə - red.) borcluyuq, Allah ona rəhmət eləsin!” Məlumatı “Golosİslama” saytı yayıb.

Arınçın fikrincə, Səid Nursi sayəsində türklər iman, mənəviyyat, təqva, xalqa məhəbbət, ümmətlə vəhdət kimi dəyərlərə sahib çıxıblar. S. Nursinin fəaliyyətini “günəş saçması”na bənzədən dövlət rəsmisi nurçuların illər öncə davam edən təqibini də pisləyib. Daha sonra Səid Nursinin acı həyatı barədə danışan Arınç əlavə edib: “Buna baxmayaraq bu insanın əlində olan nur dünyanı işıqlandırır. Bir çox ölkələrdə o sülh, iman və barış təmsilçisi kimi təqdim olunur”.

“Biz hamımız onu sevirik. Biz haməməz onun əsərlərindən faydalanmışıq,” – deyən dövlət rəsmisi Allaha şükr edib ki, artıq nurçuluq Türkiyədə təqib edilmir. Heç bir kitabın “Risaleyi-Nur” qədər qaralanmadığını hesab edən Arınç bildirib ki, Səid Nursinin bu kitabı özünü doğruldub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 May, 2012  19:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!