|
• DünyadaBMT Yəməndə 2 milyondan çox uşağın aclıq təhlükəsi ilə üz-üzə qalması barədə xəbərdarlıq edib2021-ci ildə Yəməndə 2,3 milyon uşağın aclıqdan əziyyət çəkəcəyi gözlənilir, 3,4 milyard dollarlıq humanitar yardım planının yalnız 1,9 milyard dolları maliyyələşdirilib. Ahlibeyt.az-ın məlumatına görə, APA xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. “Yeni bir hesabatda deyilir ki, beş yaşınadək təxminən 2,3 milyon uşağın bu il ağır qida problemi ilə üz-üzə qalacaqları ehtimal olunur. Onlardan 400 mininin aclıqdan əziyyət çəkəcəyi proqnozlaşdırılır və təcili müalicə olunmayacaqları halda ölə bilərlər”, - deyə Düjarrik brifinqdə səsləndirib. Onun sözlərinə görə, hesabat BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı, UNICEF, Dünya Qida Proqramı və ÜST tərəfindən birgə hazırlanıb. Düjarrikin qeyd etdiyinə görə, BMT strukturları bunun 2015-ci ildə Yəməndə münaqişənin artmasından bəri yaşanan ən yüksək səviyyədə qida çatışmazlığı problemi olması barədə xəbərdarlıq edir. Qeyd edək ki, ABŞ Dövlət Katibi Entoni Blinken Yəmən husilərinin rəsmi Vaşınqtonun terrorçu təşkilatlar sıyahısından çıxarılacağı barədə açıqlama verib.ABŞ dövlət rəsmisi fevral ayının 16-dan etibarən “Ənsar Allah” təşkilatının ölkəsi tərəfindən terrorçu qurum sayılmayacağını bildirib. E.Blinken bu qərarı Yəmən əhalisinin qida və yanacaq kimi təməl ehtiyaclarının ödənilməsindəki çətinliklərin aradan qaldırılması ilə əlaqələndirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
13 Fevral, 2021 11:32 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |