|
• DünyadaSuriya Ordusu səkkiz ildən sonra Təfas şəhərini tam nəzarətə götürübSuriya Ordusu ölkənin cənubunda Dəra əyalətinin Təfas şəhərinə daxil olub. Ahlibeyt.az-ın məlumatına görə, Salamnews SANA-a istinadla xəbər verir ki, tərəflər arasında anlaşmadan sonra Suriya Ordusu və Rusiya hərbi polisi ötən gün Dəra əyalətinin Təfas şəhəriə daxil olaraq, şəhərdə qalan bir sıra qruplaşma üzvlərini silahlardan təcrid etməyə başlayıblar. Səkkiz il sonra bu şəhərdə dövlət və hökumət müəssisələrinin işinə başlaması üçün tədbirlərə start verilib. Qeyd edək ki, başda “ən-Nusra Cəbhəsi” (Əl-Qaidənin Suriya qanadı) olmaqla radikal qruplaşmalar bu şəhəri 2013-cü ildə zəbt etmişdilər. 2018-ci ilin əvvəlində bölgə ordunun nəzarətində keçəndə, şəhərdəki radikal qruplaşmalar ağır silahlarını təhvil verib, şəhəri İdlib istiqamətində tərk etmişdilər. Anlaşmaya əsasən şəhərdə qalmaq istəyən silahlılar Təfasda yaşaya bilərdilər. Lakin bir müddət sonra şəhərdə qalan radikal qruplaşma üzvləri yenidən anlaşmanı pozaraq, silaha əl atmışdılar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Fevral, 2021 10:00 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |