|
• Mənəviyyat • MənəviyyatBişkekdə “Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq oyunları” kitabı rus dilində nəşr edilibQırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə “Böyük dövlətlərin Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq oyunları” kitabı rus dilində nəşr edilib. Ahlibeyt.az-ın Azərtac-a istinadən məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, müəllifləri akademik Yaqub Mahmudov və dosent Güntəkin Nəcəfli olan kitabda erməni tarixçiləri və onların havadarlarının uydurduqları saxta erməni tarixi faktlarla ifşa edilib, çar Rusiyasının XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaratmaq siyasəti araşdırılıb. XIX əsrin əvvəllərində I Pyotrun erməniləri Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürmək siyasətini həyata keçirməyə başladığı, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, İrandan və Osmanlı imperiyasından ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına köçürüldüyü, bu proses zamanı çar məmurlarının və ermənilərin xalqımıza qarşı soyqırımı və etnik təmizləmələr törətdikləri nəzərə çatdırılıb. Kitaba çar Rusiyasının arxiv sənədləri, imperatorun göstərişləri, erməni saxtakarlığını ifşa edən tarixi materiallar da daxil edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Fevral, 2021 10:00 ⁄ Çap
Bu bölmədə26 Fevral, 2021 Hacı Şahin Həsənli: Cümə xütbəsi (Audio-Video)19 Fevral, 2021 Hacı Şahin Həsənli: Cümə xütbəsi (Audio-Video)12 Fevral, 2021 Hacı Şahin Həsənli: Cümə xütbəsi (Audio-Video) 5 Fevral, 2021 Hacı Şahin Həsənli: Cümə xütbəsi (Audio-Video)29 Yanvar, 2021 Hacı Şahin Həsənli: Cümə xütbəsi (Audio-Video) |
Xəbər lenti
2 Mart, 2021 14:12
1 Mart, 2021 18:30
1 Mart, 2021 12:46
27 Fevral, 2021 10:00
|
© 2021 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! CMS Danneo |
© Saytı düzəldib: 313wb.com |